16 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıb


  • Offside
  • 16:14 16.06.2026
  • Oxunma sayı: 39
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıb

Rusiyanın Krasnoyarsk şəhərində gənclər arasında cüdo üzrə Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda ümumilikdə 3 medal qazanıblar.

Əhməd Rüstəmov (66 kiloqram) və Hüseyn Eyvazlı (100 kiloqram) gümüş medala sahib olublar. Murad Allahverdiyev (90 kiloqram) isə bürünc medalı qazanıb.

Qeyd edək ki, turnirdə 10 ölkədən 240-dan çox cüdoçu mübarizə aparıb.







Offside