16 iyun 2026. Çərşənbə axşamı

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək


  • Offside
  • 16:45 16.06.2026
  • Oxunma sayı: 47
Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək

Sumqayıt Paralimpiya İdman Kompleksində paraüzgüçülük üzrə ölkə çempionatı ilk dəfə təşkil olunacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi (MPK) məlumat yayıb.

Gənclər və İdman Nazirliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçiriləcək yarış iyunun 18-də baş tutacaq. Çempionatda 30-a yaxın paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparacaq.

Qeyd edək ki, yarışın əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək və gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir.

İlk dəfə təşkil olunan ölkə çempionatı həm də milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.







Offside