16 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin daha 3 boksçusu Dünya kubokunda mərhələ adlayıb


  • Offside
  • 21:03 16.06.2026
  • Oxunma sayı: 36
Azərbaycan millisinin daha 3 boksçusu Dünya kubokunda mərhələ adlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya kuboku davam edir.

90deqiqe.Az xəbər verir ki, reytinq xarakterli yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.

55 kq-da Amin Məmmədzadə Paak Yinq Honu (Honkonq) sınağa çəkib. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:24, 30:25, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samandar Olimovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 17-də olacaq.

Səidcəmşid Cəfərov (75 kq) da Dünya kubokuna qələbə ilə başlayıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Komanda yoldaşlarının uğurunu Alfonso Dominqes (90 kq) də davam etdirib. Dünya çempionumuz 1/4 finalda Kevin Lebovskini (Almaniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən Dominqes bu mərhələdə İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya kubokuna iyunun 21-də yekun vurulacaq.







Offside