17 iyun 2026. Çərşənbə

Konor Makqreqor növbəti döyüşünün tarixini açıqladı


  • Offside
  • 23:30 16.06.2026
  • Oxunma sayı: 38
Konor Makqreqor növbəti döyüşünün tarixini açıqladı

UFC-nin keçmiş yarımyüngül və yüngül çəki dərəcələri üzrə çempionu Konor Makqreqor növbəti döyüşünün tarixini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, irlandiyalı döyüşçü bildirib ki, onun qarşıdakı döyüşlərlə bağlı müqaviləsi artıq imzalanıb:

“Hər iki tarix üzrə müqaviləm var. Növbəti döyüşüm 2027-ci ilin aprelində keçiriləcək. Bu məsələ artıq həll olunub. Təxminən bir ildən sonra döyüşəcəyəm. Mənə görə bu, bir qədər gülməli görünür. Sadəcə müqavilədə belə yazılmışdı. Mən də dedim ki, fərqi yoxdur, müqaviləni verin, vaxtı gələndə bunun da öhdəsindən gələcəyik. Mak geri qayıdır və həmin döyüşdə əsl şou göstərəcəyəm”.

Qeyd edək ki, Konor Makqreqor növbəti görüşünü UFC 329 turnirində keçirəcək. Onun rəqibi yarımyüngül çəki dərəcəsində UFC-nin sabiq çempionu, amerikalı Maks Hollouey olacaq. Turnir iyulun 12-də baş tutacaq.







Offside