- Offside
- 23:38 16.06.2026
Azərbaycan paraatleti Rüfət Rəfiyev Tunisin paytaxtı Tunis şəhərində keçirilən Qran-pri turnirində uğurlu nəticəyə imza atıb.
90deqiqe.Az xəbər verir ki, idmançı F36 kateqoriyasında nüvəitələmə üzrə mübarizədə 13.78 metr nəticə göstərərək ikinci yeri tutub və gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə Azərbaycanı nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.
Yarışa baş məşqçi Oleq Panyutin rəhbərlik edir. Turnir iyunun 19-dək davam edəcək.