18 iyun 2026. Cümə axşamı

Oloxan Musayev Tunis Qran-Prisində gümüş medal qazandı


  • Offside
  • 10:58 17.06.2026
  • Oxunma sayı: 48
Oloxan Musayev Tunis Qran-Prisində gümüş medal qazandı

Azərbaycan paraatleti Oloxan Musayev Tunis Qran-Prisində uğurlu çıxışı ilə yadda qalıb.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, paralimpiya çempionu nüvəitələmə yarışında F55 kateqoriyasında 11,64 metr nəticə göstərərək gümüş medal qazanıb. Bununla da təcrübəli idmançı fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Tunis Qran-Prisində Azərbaycan millisinin aktivinə daha bir gümüş medal yazılıb. Belə ki, yığmanın üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında ikinci yeri tutaraq mükafatçılar sırasında yer alıb.

İyunun 19-dək davam edəcək yarışda Azərbaycanı nüvəitələmə növündə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər.

Bundan əlavə, Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da mübarizə aparacaqlar.







Offside