- Offside
- 17:52 18.06.2026
Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
90deqiqe.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idmançılar uğurlu çıxış edərək ümumilikdə 6 medal qazanıblar. Komandamızın aktivinə 2 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazılıb.
Aydan Hüseynova (36 kq, “İrəvan” TK) və Rada Əsəd (44 kq, “Mübariz” TK) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
İslam Quluzadə (33 kq, “Alpman” TK), Gökalp Çilingir (40 kq, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kq, “Alov” TK) yarışın gümüş medalına layiq görülüblər.
Əkbər Tağıyev (+30 kq, “Atlet” TK) isə çempionatı bürünc medalla başa vurub.
Qazanılan nəticələr sayəsində Azərbaycan klub təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutublar. Komandamız bununla da klublararası Avropa çempionatının kubokuna sahib çıxıb.