19 iyun 2026. Cümə

Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaq


  • Offside
  • 10:57 18.06.2026
  • Oxunma sayı: 32
Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində mübarizə aparacaq

 İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.

Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan yığması yarışda altı idmançı ilə təmsil olunacaq. Millinin heyətində Rübail İbrahimli (70 kq), Sahib Dadaşov və Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov və İlqar Nəzərli (hər ikisi 90 kq), həmçinin İslam İlyasov (+90 kq) mübarizə aparacaqlar.

Turnirin ilk günündə təsnifat mərhələsinin görüşləri və qruplarda ilk iki turun qarşılaşmaları keçiriləcək. İyunun 21-də isə qrup mərhələsinin son turu, yarımfinal və medal uğrunda görüşlər baş tutacaq.

Yarışda Azərbaycanı yalnız idmançılar deyil, hakim korpusu da təmsil edəcək. Belə ki, I-S dərəcəli hakim Bəşir İsazadə Dünya Seriyasının III mərhələsində ədaləti qoruyacaq.







Offside