- Offside
- 17:52 18.06.2026
İyunun 20–21-də Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan yarışda 6 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Kubokda Məhəmməd Rüstəmli, Rəsul Əlizadə, Röyal Qayıbov, Anar Quliyev (hamısı 60 kiloqram), Zeyd Ələsgərov, Sadiq İsgəndərli (hər ikisi 66 kiloqram), Hüseyn Şahmarlı, Özqan Quliyev, Əli Hümbətov (hamısı 73 kiloqram), Məhəmməd Ağakişiyev (81 kiloqram), Tunar Fərzəliyev (100 kiloqram), Sübhan Axundov və Cavidan Məsimov (hər ikisi +100 kiloqram) qüvvələrini sınayacaqlar. Heyətə gənc oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da yer alacaq.