19 iyun 2026. Cümə

Azərbaycanlı hakim Avropa Liqasında ədaləti qoruyacaq


  • Offside
  • 15:44 18.06.2026
  • Oxunma sayı: 44
Azərbaycanlı hakim Avropa Liqasında ədaləti qoruyacaq

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, o, iyunun 19-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.

Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milli komandaları mübarizə aparacaqlar.







Offside