- Offside
- 17:52 18.06.2026
Mayın 18–24-də Türkiyənin Antalya şəhərində açıq havada kamandan oxatma üzrə Avropa çempionatı keçirilib.
Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, yarışda Azərbaycanı təmsil edən Məhəmmədəli Əliyev 88 kişi iştirakçı arasında 659 xal toplayaraq 29-cu yeri tutub.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, idmançı bu nəticə ilə 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarında iştirak hüququ qazanıb.
Qeyd edək ki, bu nəticə Azərbaycanın kamandan oxatma tarixində kişi idmançılar arasında Avropa Oyunlarına ilk kvota kimi yadda qalıb. İndiyədək ölkəmizin heç bir kişi kamandan oxatanı bu səviyyədə uğura nail olmamışdı.
Məhəmmədəli Əliyevin əldə etdiyi nəticə həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına gedən yolda mühüm mərhələ kimi dəyərləndirilir.