19 iyun 2026. Cümə

“Neftçi”nin UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olub


  • Offside
  • 17:52 18.06.2026
  • Oxunma sayı: 37
“Neftçi”nin UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olub

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan çempionu “Neftçi”nin də ilk rəqibi müəyyənləşib.

Bakı təmsilçisi birinci təsnifat mərhələsinin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” bu mərhələni keçəcəyi təqdirdə növbəti raundda mübarizəni davam etdirəcək.







Offside