- Offside
- 22:22 19.06.2026
Bakıda ilk dəfə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Avropa Su İdmanı Federasiyasının (European Aquatics) konfransı keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə ASF məlumat yayıb.
Bildirilib ki, qitənin müxtəlif ölkələrindən olan milli federasiyaların rəhbərləri və nümayəndələri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda bir araya gələcəklər.
Konfrans çərçivəsində su idman növlərinin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları, eləcə də həyata keçirilmiş və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbir oktyabrın 10-da baş tutacaq.