20 iyun 2026. Şənbə

Elvin Astanov Tunis Qran-Prisində gümüş medal qazandı


  • Offside
  • 12:25 19.06.2026
  • Oxunma sayı: 24
Elvin Astanov Tunis Qran-Prisində gümüş medal qazandı

Azərbaycan paraatleti Elvin Astanov Tunisdə keçirilən Qran-Prisdə uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az  xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, nüvəitələmə növündə F53 kateqoriyasında mübarizə aparan idmançı 6,81 metr nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

Beləliklə, Azərbaycan millisinin Tunis Qran-Prisində qazandığı medalların sayı daha da artıb.

Xatırladaq ki, daha əvvəl komandanın üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medala sahib çıxıblar. Samir Nəbiyev (F57) isə yarışları bürünc medalla başa vurub.







Offside

“Normal qrupa düşmüşük”
  • Offside
  • 16:00 19.06.2026
“Normal qrupa düşmüşük”