20 iyun 2026. Şənbə

Xüsusi Olimpiya Komitəsinin komandası Dünya Kubokunda Azərbaycanı təmsil edəcək


  • Offside
  • 14:39 19.06.2026
  • Oxunma sayı: 26
Xüsusi Olimpiya Komitəsinin komandası Dünya Kubokunda Azərbaycanı təmsil edəcək

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) komandası Fransada keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, komanda iyulun 6-11-də Parisdə təşkil olunacaq “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku”nda qüvvəsini sınayacaq.

Xüsusi Olimpiya hərəkatının ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunan turnirdə ümumilikdə 24 komanda mübarizə aparacaq. Yarışda 12 kişi və 12 qadın kollektivi çempionluq uğrunda yarışacaq.

Azərbaycan təmsilçisi 7-yə 7 formatında keçiriləcək qarşılaşmalarda B qrupunda yer alıb. Yığmamız qrup mərhələsində Namibiya, ABŞ və Qvatemala komandaları ilə üz-üzə gələcək.

Turnirin açılış oyununda ev sahibi Fransa yığması Seneqal komandası ilə qarşılaşacaq. Qaliblərin adına isə iyulun 11-də keçiriləcək final görüşlərindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, 11 nəfərlik Azərbaycan qadın komandası ölkədə həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Hazırda yığma dünya kubokuna hazırlıq məqsədilə yekun təlim-məşq toplanışını davam etdirir.







Offside

“Normal qrupa düşmüşük”
  • Offside
  • 16:00 19.06.2026
“Normal qrupa düşmüşük”