20 iyun 2026. Şənbə

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri müəyyənləşdi


  • Offside
  • 14:57 19.06.2026
  • Oxunma sayı: 18
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası 12-ci qrupda yer alıb. Yığmamız Çexiya və Latviya milli komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları ev-səfər prinsipi əsasında keçiriləcək.

Reqlamentə əsasən, 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 ikinci yer sahibi elit raunda birbaşa vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off mərhələsində mübarizə aparacaq və onlardan daha 4 komanda elit raundda iştirak hüququ əldə edəcək.







Offside

“Normal qrupa düşmüşük”
  • Offside
  • 16:00 19.06.2026
“Normal qrupa düşmüşük”