- Offside
- 22:22 19.06.2026
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində uğurlu çıxışla yadda qalıblar.
90deqiqe.Az xəbər verir ki, yarışın ilk günündə millimiz iki medal qazanıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev finalda Yaponiya təmsilçisi, son dünya çempionu Ryucu Naqayamanı məğlub edərək qızıl medalın sahibi olub.
66 kiloqramda mübarizə aparan Nizami İmranov isə bürünc medal uğrunda görüşdə ev sahibi Monqolustan idmançısı Yolk Kazırbyekə qalib gələrək karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirində mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması iyunun 21-dək davam edəcək turnirdə 17 idmançı ilə təmsil olunur.