20 iyun 2026. Şənbə

Azərbaycanlı qrossmeyster dünya çempionunu məğlub etdi


  • Offside
  • 16:06 19.06.2026
  • Oxunma sayı: 31
Azərbaycanlı qrossmeyster dünya çempionunu məğlub etdi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsen üzərində sensasiyalı qələbəyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Gərgin keçən partiyada Azərbaycan şahmatçısı rəqibini məğlub edərək diqqətçəkən nəticəyə imza atıb.

Turnir çərçivəsində Azərbaycanın “Odlar Yurdu” komandası da uğurlu çıxışla yadda qalıb. Komanda Maqnus Karlsenin də yer aldığı, turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsenlə yanaşı Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və digər tanınmış qrossmeysterlər yer alıb.

Heyəti əsasən gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandası hazırda 15 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.







Offside

“Normal qrupa düşmüşük”
  • Offside
  • 16:00 19.06.2026
“Normal qrupa düşmüşük”