21 iyun 2026. Bazar günü

Azərbaycanlı döyüşçü UFC-də debüt edəcək


  • Offside
  • 17:27 19.06.2026
  • Oxunma sayı: 57
Azərbaycanlı döyüşçü UFC-də debüt edəcək

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC təşkilatı ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Yarımorta çəki dərəcəsində çıxış edən idmançı iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində oktaqona çıxacaq. Onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Bununla da Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü kimi tarixə düşüb.

Milli Gimnastika Arenasında təşkil olunacaq UFC gecəsinin əsas döyüşündə azərbaycanlı Rafael Fiziev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. İkinci əsas görüşdə isə orta çəkidə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək.

Turnir çərçivəsində daha iki Azərbaycan təmsilçisi – Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaq. Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və amerikalı Erik Nolan olacaq.







Offside