- Offside
- 23:38 20.06.2026
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi yığma Macarıstan milli komandası ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə rəqib 3:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək.