20 iyun 2026. Şənbə

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri məlum olub


  • Offside
  • 22:22 19.06.2026
  • Oxunma sayı: 34
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri məlum olub

 İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında muxtar respublika birinciliyi təşkil olunub.

90deqiqe.Az  xəbər verir ki, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutub.

Turnirdə 13 çəki dərəcəsi üzrə 75 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışın idarə olunmasında federasiyanın beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Bəhriyyə Hüseynova iştirak ediblər.

Nəticələrə əsasən, qızlar arasında Zəhra Allahverdiyeva (28 kq), Aylin Əlizadə (32 kq), Ləman Bağırova (40 kq), Yasəmən Əliyeva (57 kq), Aynur Xəlilova (63 kq) qalib olublar.

Oğlanların mübarizəsində isə Bilal Quliyev (34 kq), Ayaz Əliyev (38 kq), Mətin Salahov (42 kq), Məhəmməd Yusifzadə (46 kq), Vəli Əliyev (50 kq), Sadiq Quluzadə (55 kq), Əli İsmayılov (66 kq), Elmar Qasımlı (+66 kq) müvafiq çəki dərəcələrində birinci yeri tutublar.

Sonda ilk üç yerin qaliblərinə diplom və medallar təqdim olunub.







Offside

“Normal qrupa düşmüşük”
  • Offside
  • 16:00 19.06.2026
“Normal qrupa düşmüşük”