20 iyun 2026. Şənbə

Allahverdi Məmmədov Avropa çempionatında bürünc medal qazandı


  • Offside
  • 11:33 20.06.2026
  • Oxunma sayı: 36
Allahverdi Məmmədov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Allahverdi Məmmədov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

+78 kiloqram çəki dərəcəsində mübarizə aparan “Atlet” klubunun üzvü gənclər arasında keçirilən yarışda üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan komandasının klublararası Avropa çempionatındakı medal sayı daha da artıb.

Qeyd edək ki, bundan əvvəl ölkəmizin daha altı təmsilçisi turnirdə fəxri kürsüyə yüksəlməyi bacarıb.







Offside