25 sentyabr 2026. Cümə

Ronaldinyo İtaliya klubu ilə müqavilə imzalayacaq


  • Offside
  • 15:00 20.06.2026
  • Oxunma sayı: 128
Ronaldinyo İtaliya klubu ilə müqavilə imzalayacaq

Braziliya futbolunun canlı əfsanəsi, “Qızıl top” mükafatının sahibi Ronaldinyo İtaliyanın "Ravenna" klubu ilə müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmi şəkildə təqdim olunacaq. Braida braziliyalının komandanın heyətində meydana çıxıb-çıxmayacağı ilə bağlı isə qəti fikir bildirməyib. O, bu məsələnin hələ dəqiqləşdirilmədiyini vurğulayıb.

Bildirilir ki, transferin rəsmi təqdimat mərasimi iyunun 23-də Mayami şəhərində keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.







Offside