20 iyun 2026. Şənbə

Azərbaycanın 1 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb


  • Offside
  • 18:44 20.06.2026
  • Oxunma sayı: 27
 Azərbaycanın 1 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda yarımfinal döyüşlərinə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, reytinq xarakterli yarışda Azərbaycan millisinin bir idmançısı finala yüksəlib.

Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.

Digər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) Dünya kubokunu bürünc medalla başa vurublar.  







Offside