- Offside
- 23:38 20.06.2026
“Neftçi”nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasının Sumqayıt mərhələsində uğurlu çıxışı ilə diqqət çəkib.
90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi qrup mərhələsini lider tamamlayaraq final mərhələsinə vəsiqə qazanıb.
“Neftçi” ilk görüşdə Çinin “Yanjing” klubunu 21:18 hesabı ilə məğlub edib. Komanda ikinci oyunda isə Çin millisi üzərində 15:13 hesablı qələbə qazanaraq qrup lideri olub.
Bununla da Azərbaycan təmsilçisi 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət milli komandası turnirdə çıxışını təsnifat mərhələsində başa vurub. “Neftçi” isə növbəti mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.