- Offside
- 23:38 20.06.2026
Çexiyalı tennisçi Linda Noskova Almaniyanın paytaxtı Berlində keçirilən nüfuzlu tennis turnirində finala vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 13-cü pillədə qərarlaşan idmançı yarımfinalda Filippin təmsilçisi Aleksandra Ealanı məğlub edib.
Görüş Noskovanın 6:2, 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Cəmi 1 saat 9 dəqiqə davam edən qarşılaşmada çexiyalı tennisçi səkkiz dəfə birbaşa xal qazandıran ötürmə ilə fərqlənib, üç ikili səhvə yol verib və qazandığı altı qırılma imkanından beşini uğurla dəyərləndirib.
Aleksandra Eala isə iki birbaşa xal qazandıran ötürmə edib, üç ikili səhvə yol verib və əldə etdiyi altı qırılma imkanından yalnız ikisini reallaşdıra bilib.
Linda Noskova turnirin finalında ABŞ təmsilçisi Cessika Pequla ilə üz-üzə gələcək.
Pequla yarımfinal mərhələsində dünya reytinqinin lideri Arina Sobolenkanı gərgin mübarizədə 6:4, 6:7 (4:7), 6:0 hesabı ilə məğlub edərək finala yüksəlib.