- Offside
- 23:38 20.06.2026
Amerikalı tennisçi Frensis Tiafo Almaniyanın Halle şəhərində keçirilən ATP-500 turnirində finala vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 26-cı pillədə qərarlaşan idmançı yarımfinalda Almaniya təmsilçisi Daniel Altmayeri məğlub edib.
Görüş Tiafonun 6:1, 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Matç 1 saat 14 dəqiqə davam edib. Qarşılaşma ərzində Tiafo üç dəfə birbaşa xal qazandıran ötürmə ilə fərqlənib, bir ikili səhvə yol verib və qazandığı dörd qırılma imkanının hamısından istifadə edib.
Daniel Altmaier isə beş birbaşa xal qazandıran ötürmə edib, üç ikili səhvə yol verib və əldə etdiyi yeganə qırılma imkanını reallaşdırıb.
Frensis Tiafo turnirin finalında həmvətəni Teylor Friz ilə qarşılaşacaq. Friz hazırda dünya reytinqində 9-cu pillədə qərarlaşıb.