21 iyun 2026. Bazar günü

Tommi Pol London turnirində finala yüksəldi


  • Offside
  • 23:38 20.06.2026
  • Oxunma sayı: 33
Tommi Pol London turnirində finala yüksəldi

Amerikalı tennisçi Tommi Pol Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ATP-500 turnirində finala vəsiqə qazanıb.

90deqiqe.Az  xəbər verir ki, dünya reytinqində 28-ci pillədə qərarlaşan idmançı yarımfinalda Fransanı təmsil edən Uqo Humberi məğlub edib.

Görüş Tommi Polun 6:3, 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Matç 1 saat 19 dəqiqə davam edib. Qarşılaşma ərzində Pol üç dəfə birbaşa xal qazandıran ötürmə ilə fərqlənib, ikili səhvə yol verməyib və qazandığı altı qırılma imkanından dördünü reallaşdırıb.

Uqo Humber isə iki birbaşa xal qazandıran ötürmə edib, iki ikili səhvə yol verib və əldə etdiyi iki qırılma imkanından yalnız birini dəyərləndirib.

Tommi Pol turnirin finalında Argentina təmsilçisi Fransisko Serundolo ilə qarşılaşacaq.

Qeyd edək ki, Londonda keçirilən turnir iyunun 15-dən 21-dək davam edir. Yarışın hazırkı qalibi İspaniya tennisçisi Karlos Alkarasdır.







Offside