22 iyun 2026. Bazar ertəsi

"Sabah" ukraynalı basketbolçu ilə vidalaşdı


  • Offside
  • 15:08 21.06.2026
  • Oxunma sayı: 41
"Sabah" ukraynalı basketbolçu ilə vidalaşdı

"Sabah" basketbol klubunda növbəti ayrılıq rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı basketbolçu Andrey Voynaloviçlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb və tərəflər əməkdaşlığa son qoyublar.

Qeyd edək ki, Ukrayna millisinin üzvü olan Andrey Voynaloviç 2024-cü ildən etibarən "Sabah"ın uğurları üçün mübarizə aparırdı.







Offside