22 iyun 2026. Bazar ertəsi

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped yarışlarına start verildi


  • Offside
  • 15:10 21.06.2026
  • Oxunma sayı: 40
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped yarışlarına start verildi

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində velosiped idman növü üzrə yarışlara start verilib.

90deqiqe.Az  xəbər verir ki, Bakı Veloparkında təşkil olunan yarışın ilk günündə oğlanlar dağ velosipedləri ilə 13 kilometr məsafədə qüvvələrini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekununda ilk üç pilləni Ağdaş Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təmsilçiləri tutublar. Samir Kərimov 28 dəqiqə 53 saniyə nəticə ilə finiş xəttini birinci keçərək qalib adını qazanıb.

Asif İsmayılzadə 29 dəqiqə 46 saniyə göstərici ilə ikinci, Muhəmməd Kərimli isə 29 dəqiqə 49 saniyə nəticə ilə üçüncü pillədə qərarlaşıb.

Yarışın ikinci günündə iştirakçılar şose velosipedi növündə mübarizə aparacaqlar. Veloparkda keçiriləcək yarışlarda oğlanlar 20, qızlar isə 10 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, bütün kateqoriyalar üzrə qaliblər və mükafatçılar sabah keçiriləcək təltifetmə mərasimində mükafatlandırılacaqlar.







Offside