22 iyun 2026. Bazar ertəsi

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verildi


  • Offside
  • 15:17 21.06.2026
  • Oxunma sayı: 32
Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verildi

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində ağırlıqqaldırma yarışlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışın ilk günündə qızlar körpücük üzərinə çıxıblar.

Yarışın nəticələrinə əsasən, Qazax təmsilçisi Hənifə Məhərrəmli qızıl medala sahib çıxıb. İdmançı iki hərəkətin cəmində 160 kiloqram (73 kiloqram qoparma, 87 kiloqram təkanla qaldırma) nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb.

Gəncə təmsilçisi Zeynəb Həsənova 134 kiloqram (63+71) nəticə ilə ikinci yeri tutub. Bürünc medal isə paytaxt idmançısı Zeynəb Bəkirliyə qismət olub. O, toplamda 116 kiloqram (53+63) ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, yarışın nəticələri Sinkler cədvəli əsasında hesablanıb.

Üç gün davam edəcək yarışlarda 100-dən çox atlet qüvvəsini sınayacaq. Olimpiadanın sonunda qalib və mükafatçıların adlarına aydınlıq gələcək.







Offside