22 iyun 2026. Bazar ertəsi

Amerikalı tennisçi Halle turnirinin qalibi oldu


  • Offside
  • 21:55 21.06.2026
  • Oxunma sayı: 37
Amerikalı tennisçi Halle turnirinin qalibi oldu

Amerikalı tennisçi, dünya reytinqində 26-cı yerdə qərarlaşan Frensis Tiafo Almaniyanın Halle şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında Tiafo öz həmyerlisi, reytinqdə 9-cu olan Teylor Fristi 6:4, 6:4 hesabı ilə məğlub edib.

Matç 1 saat 8 dəqiqə davam edib. Görüş ərzində Frensis Tiafo 8 eys edib, 1 ikiqat səhvə yol verib və 7 breyk-poyntdan 2-ni reallaşdırıb. Teylor Frist isə 12 eyslə yadda qalıb, lakin heç bir breyk-poynt qazana bilməyib.

28 yaşlı Tiafo karyerasında ATP turnirlərində dördüncü, 2026-cı ildə isə ilk titulunu qazanıb.

Qeyd edək ki, Halle turniri 15–21 iyun tarixlərində keçirilib və ümumi mükafat fondu 2 milyon 583 min avro təşkil edib.







Offside