- Offside
- 23:11 21.06.2026
Dünya reytinqində 27-ci pillədə qərarlaşan argentinalı tennisçi Fransisko Serundolo Böyük Britaniyanın paytaxtı Londonda keçirilən turnirin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 27-ci pillədə qərarlaşan tennisçi finalda reytinqin 28-ci sırasında yer alan ABŞ təmsilçisi Tommi Polu 6:7 (4:7), 6:4, 6:3 hesabı ilə məğlub edib.
3 saat 4 dəqiqə davam edən görüşdə Serundolo bir dəfə birbaşa xal gətirən servis yerinə yetirib, iki ikiqat səhvə yol verib. O, rəqibin servis oyununda xal qazanmaq üçün əldə etdiyi 12 imkandan dördünü dəyərləndirib.
Tommi Pol isə beş dəfə birbaşa xal gətirən servis vurub, üç ikiqat səhv edib. Amerikalı tennisçi rəqibin servis oyununda xal qazanmaq üçün qazandığı 10 imkandan ikisini reallaşdırıb.
27 yaşlı Serundolo üçün bu uğur peşəkar karyerasında beşinci çempionluq olub. O, bununla yanaşı, 2026-cı il mövsümündə ikinci titulunu qazanıb.