- Offside
- 23:11 21.06.2026
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında çıxışını yekunlaşdırıb.
90deqiqe.Az xəbər verir ki, Bakıdakı üçüncü turun son görüşündə Azərbaycan yığması Portuqaliya millisi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Setlər 21:25, 25:16, 25:12 və 25:19 hesabı ilə yekunlaşıb.
Komandanın baş məşqçisi Boris Qrebennikovun rəhbərlik etdiyi yığma bununla da turnirdəki çıxışını başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının əvvəlki görüşlərində Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana isə 1:3 hesabı ilə məğlub olmuşdu.