22 iyun 2026. Bazar ertəsi

Serena Uilyams Uimbldon-2026-da iştirak edəcək


  • Offside
  • 23:11 21.06.2026
  • Oxunma sayı: 36
Serena Uilyams Uimbldon-2026-da iştirak edəcək

23 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olmuş, keçmiş dünya birincisi, 44 yaşlı amerikalı tennisçi Serena Uilyams Uimbldon-2026 turnirinin qadınların fərdi yarışına xüsusi dəvət (vayld-kard) alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Serena Uilyams iyun ayının əvvəlində tennisə qayıdıb və London şəhərində keçirilən qadınların cütlük yarışında, Beynəlxalq Tennis Assosiasiyasının 500 xallıq turnirində kanadalı Viktoriya Mboko ilə birlikdə iştirak edib.

Amerikalı tennisçi son dəfə 2022-ci ilin sentyabrında ABŞ Açıq çempionatında fərdi yarışda korta çıxmışdı. Həmin turnirdə üçüncü raundda avstraliyalı Ayla Tomlyanoviçə məğlub olduqdan sonra peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

Uimbldon-2026 turniri 29 iyun – 11 iyul tarixlərində keçiriləcək. Yarışın hazırkı qalibi polşalı tennisçi İqa Şvyontekdir.







Offside