- Offside
- 21:10 22.06.2026
Azərbaycan avarçəkənləri Litvanın Trakay şəhərində keçiriləcək akademik avarçəkmə üzrə 64-cü "Amber Oars" beynəlxalq reqatasında iştirak edəcəklər.
90deqiqe.Az xəbər verir ki, yarışda ölkəmizi Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.
Milli komanda turnirə baş məşqçi Volodimir Morozovun rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, iyunun 26-28-də təşkil olunacaq "Amber Oars" beynəlxalq reqatası akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu yarışlardan biri hesab edilir. Müxtəlif ölkələrdən idmançıların qatıldığı turnir hər il yüksək rəqabəti ilə seçilir.