22 iyun 2026. Bazar ertəsi

Azərbaycan taekvondoçuları Qazaxıstanda keçiriləcək beynəlxalq turnirlərdə mübarizə aparacaqlar


  • Offside
  • 12:25 22.06.2026
  • Oxunma sayı: 28
Azərbaycan taekvondoçuları Qazaxıstanda keçiriləcək beynəlxalq turnirlərdə mübarizə aparacaqlar

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunacaq beynəlxalq yarışlarda iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, komandalar iyunun 22-23-də keçiriləcək "Altay" çempionatında, eləcə də iyunun 25-27-də təşkil olunacaq "Kazakhstan Open" beynəlxalq turnirində qüvvələrini sınayacaqlar.

Yığmalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, həmçinin məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıblar.

Gənclərdən ibarət milli komandanın heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.

Böyüklərdən ibarət yığmada isə Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) çıxış edəcəklər.

Qeyd edək ki, yarışlarda Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov da təmsil edəcəklər.







Offside