22 iyun 2026. Bazar ertəsi

Azərbaycan alpinistləri Dolomit dağlarında növbəti uğura imza atdılar


  • Offside
  • 14:10 22.06.2026
  • Oxunma sayı: 23
Azərbaycan alpinistləri Dolomit dağlarında növbəti uğura imza atdılar

Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova İtaliyanın şimalında yerləşən Dolomit dağlarında uğurlu dağçılıq fəaliyyəti həyata keçiriblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Bildirilib ki, alpinistlər iyunun 18-19-da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarındakı Tre Çime di Lavaredo massivinin 2744 metr hündürlüyündə yerləşən Monte Paterno zirvəsinə uğurla qalxıblar.

Federasiya üzvləri zirvəyə Dolomitlərin ən məşhur və texniki cəhətdən mürəkkəb marşrutlarından biri hesab olunan De Luca–Innerkofler Via Ferrata xətti ilə çatıb. Qayalıq keçidləri, sıldırım hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən marşrut iştirakçılardan yüksək fiziki hazırlıq və peşəkar yanaşma tələb edir.

Alpinistlər çətin dağ relyefi, dik qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı maneələri uğurla aşaraq zirvəyə yüksəliblər. Zirvədən Tre Çime di Lavaredo, Kadini di Mizurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.

Səfər çərçivəsində Fidan Məmmədova və Sima Səfərova regionun müasir dağçılıq infrastrukturu, Via Ferrata sistemləri və təhlükəsizlik standartları ilə də yaxından tanış olublar.

Qeyd edək ki, bu fəaliyyət Azərbaycan alpinizm və dağçılıq idmanının beynəlxalq arenada tanıdılması, eləcə də federasiya üzvlərinin texniki bilik və praktiki təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.







Offside