- Offside
- 21:10 22.06.2026
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az xəbər verir ki, 20 yaşlı idmançı qoşa yarışlarda (SU-5 kateqoriyası) Polşa təmsilçisi Bartlomey Mroz ilə birgə bürünc medal qazanıb.
İbrahim Əliyev və Bartlomey Mrozdan ibarət cütlük qrup mərhələsində Braziliya təmsilçiləri Ramos Santos və Yeili Rodrigesi məğlub edib. Onlar digər görüşdə isə Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Qui Yu Pu cütlüyünə uduzublar.
Qrup mərhələsini uğurla başa vuran parabadmintonçular yarımfinala yüksəlməyi bacarıblar. Finala vəsiqə uğrunda keçirilən qarşılaşmada Malayziya idmançıları Mohamed Azri və Çeah Lyek Hou ilə üz-üzə gələn cütlük məğlub olub.
Beləliklə, İbrahim Əliyev və onun polşalı tərəfdaşı turniri bürünc medalla başa vuraraq beynəlxalq arenada növbəti uğura imza atıblar.