- Offside
- 21:10 22.06.2026
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) yığması Fransanın paytaxtı Parisdə keçiriləcək "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026" turnirində iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, Azərbaycan komandası 11 nəfərlik heyətlə turnirdə mübarizə aparacaq. Yığmamız B qrupunda Namibiya, ABŞ və Qvatemala komandalarına qarşı çıxış edəcək.
Komanda ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb və turnirə hazırlıq məqsədilə yekun təlim-məşq toplanışı da keçirilib.
Qeyd edək ki, iyulun 6–11-də təşkil olunacaq yarışda ümumilikdə 24 komanda (12 kişi və 12 qadın seçməsi) iştirak edəcək. Oyunlar 7x7 formatında keçiriləcək. Turnirin açılış matçı Fransa və Seneqal komandaları arasında baş tutacaq, final görüşləri isə iyulun 11-də Parisdəki "Stade Charlety" stadionunda keçiriləcək.