22 iyun 2026. Bazar ertəsi

Gəncədə kikboksinq çempionatı çərçivəsində antidopinq maarifləndirmə proqramı təşkil olunub


  • Offside
  • 16:43 22.06.2026
  • Oxunma sayı: 31
Gəncədə kikboksinq çempionatı çərçivəsində antidopinq maarifləndirmə proqramı təşkil olunub

AMADA kikboksinq üzrə XXX Azərbaycan çempionatının keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində təmiz idman dəyərlərinin təşviqinə həsr olunmuş maarifləndirmə proqramı həyata keçirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində yaradılan “təmiz idman guşəsi” ziyarətçilərə antidopinq qaydaları, qadağan olunmuş maddə və üsulların yaratdığı risklər, idmançıların hüquq və öhdəlikləri, eləcə də narkotik vasitələrin istifadəsinin sağlamlıq və idman karyerasına mənfi təsirləri barədə ətraflı məlumat verilib.

Ziyarətçilər eyni zamanda antidopinq sahəsində biliklərini yoxlamaq üçün təşkil olunan viktorinalarda fəal iştirak ediblər. Yüksək nəticə göstərən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, təşəbbüsün əsas məqsədi idmançılar, məşqçilər və azarkeşlər arasında antidopinq maarifləndirməsinin gücləndirilməsi, ədalətli rəqabət prinsiplərinin təşviqi və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.







Offside