6 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan oxatanları Madriddə Dünya Kubokunda mübarizə aparacaqlar


  • Offside
  • 16:53 22.06.2026
  • Oxunma sayı: 144
Azərbaycan oxatanları Madriddə Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə keçiriləcək Dünya Kubokunun 4-cü mərhələsində çıxış edəcəklər.

90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.

İdmançılar yarışda fərdi, komanda və qarışıq növlərdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Dünya Kubokunun 4-cü mərhələsi iyulun 7–12-də Madrid şəhərində təşkil olunacaq.







Offside