22 iyun 2026. Bazar ertəsi

Çimərlik futbolu üzrə millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşib


  • Offside
  • 17:13 22.06.2026
  • Oxunma sayı: 39
Çimərlik futbolu üzrə millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan yığması B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya komandalarına qarşı mübarizə aparacaq.

A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç milli komandaları yer alıb. Qeyd edilib ki, qrupların qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün üz-üzə gələcək, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Xatırladaq ki, turnir iyulun 15–17-də Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.







Offside