24 iyun 2026. Çərşənbə

LANDAU Şahmat Festivalına yekun vuruldu


  • Offside
  • 10:55 23.06.2026
  • Oxunma sayı: 33
LANDAU Şahmat Festivalına yekun vuruldu

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School”un təşkilatçılığı ilə keçirilən 5-ci LANDAU Şahmat Festivalına yekun vurulub.

 90deqiqe.Az xəbər verir ki, yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.

Festivalın əsas qalibi Yusif Əhədzadə olub. O, həmçinin 11–18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanıb. Qalibin yarışla bağlı bütün xərcləri “LANDAU School” tərəfindən qarşılanacaq.

Qeyd edilib ki, festivalın qalibi kubok və diplomla təltif olunub.

Yaş kateqoriyaları üzrə nəticələrə əsasən, 8 yaş qrupunda qızların yarışında Nərmin Mahmudova, oğlanlarda Məhəmməd Mirzəyev I yeri tutub.

10 yaş qrupunda qızların mübarizəsində Əsəl Tağızadə, oğlanlarda Renat Məmmədrzayev qalib olub.

12 yaş kateqoriyasında isə qızlar arasında Xanımzər Hümbətli, oğlanlar arasında Yusif Əhədzadə birinci yeri qazanıblar.

Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb. Festivalın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.







Offside