24 iyun 2026. Çərşənbə

Azərbaycan İdman Akademiyasının nümayəndə heyəti Macarıstanda olub


  • Offside
  • 19:57 23.06.2026
  • Oxunma sayı: 35
Azərbaycan İdman Akademiyasının nümayəndə heyəti Macarıstanda olub

Azərbaycan İdman Akademiyasının (ASA) rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfəri çərçivəsində bu ölkənin İdman Elmləri Universitetində olub.

ASA-dan 90deqiqe.Az-a verilən məlumata görə, nümayəndə heyəti universitetin rektoru Tamaş Sterbenz və ali təhsil müəssisəsinin digər rəhbər şəxsləri ilə görüşüb.

Görüşdə bu ilin yanvarın 23-də imzalanmış niyyət məktubuna uyğun olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların qarşılıqlı tanınması, eləcə də təcrübə mübadiləsinin təşkili istiqamətində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş çərşivəsində qabaqcıl təcrübənin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.







Offside