24 iyun 2026. Çərşənbə

Tunis Qran-Prisinin mükafatçıları ilə görüş təşkil olundu


  • Offside
  • 16:20 24.06.2026
  • Oxunma sayı: 39
Tunis Qran-Prisinin mükafatçıları ilə görüş təşkil olundu

İyunun 24-də Milli Paralimpiya Komitəsində Tunis Beynəlxalq Qran-Prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

90deqiqe.Az MPK-ya istinadən xəbər verir ki, görüşdə yarışda 4 gümüş  və 1 bürünc  medal əldə edən paralimpiyaçılar Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığma komandanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-Prisində nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.







Offside