- Offside
- 21:43 24.06.2026
İyunun 27-28-də Qusarda 14 və 17 yaşadək cüdoçular arasında Şimal bölgəsi üzrə region birincilikləri təşkil olunacaq.
90deqiqe.Az xəbər verir ki, yarışlar Qusar Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirdə Şimal bölgəsini təmsil edən ümumilikdə 172 idmançı tatami üzərinə çıxacaq.
Birinciliklərin əsas məqsədi yeniyetmə cüdoçular arasında seçim prosesini gücləndirmək, perspektivli idmançıları müəyyənləşdirmək və kvota əsasında ölkə çempionatına vəsiqə qazanacaq cüdoçuları üzə çıxarmaqdır.
Bununla yanaşı, 17 yaşadək cüdoçular arasında keçiriləcək yarışın nəticələri milli komandanın heyətinə seçim baxımından da mühüm əhəmiyyət daşıyacaq. Belə ki, iştirakçılar reytinq xalları uğrunda mübarizə apararaq yığmaya düşmək şanslarını artıracaqlar.
Qeyd edək ki, region birincilikləri Azərbaycan cüdosunda ehtiyat qüvvələrin formalaşdırılması və gənc istedadların üzə çıxarılması baxımından vacib mərhələlərdən hesab olunur.