- Offside
- 21:43 24.06.2026
Azərbaycanın deflimpiya üzrə yunan-Roma güləşi millisinin baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkdar məşqçi İslam Cəfərov yığmanın baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İslam Cəfərov uzun illərdir güləş sahəsində fəaliyyət göstərir və müxtəlif yaş qrupları üzrə idmançıların hazırlığında yaxından iştirak edib.