24 iyun 2026. Çərşənbə

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşdülər


  • Offside
  • 19:21 24.06.2026
  • Oxunma sayı: 41
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşdülər

Bakıda keçiriləcək "UFC Fight Night" turniri ərəfəsində döyüşçülərin iştirakı ilə açıq məşq və fan-zona tədbiri təşkil olunub.

90deqiqe.Az  xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda baş tutub.

Açıq məşqdə turnirin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, həmçinin gecənin ikinci əsas qarşılaşmasında qüvvəsini sınayacaq Şarabutdin Maqomedov ("Shara Bullet") iştirak ediblər. Yerli döyüşçülər Nazim Sadıxov və Fərman Həsənov da azarkeşlərin qarşısına çıxıblar.

Tədbir çərçivəsində idmançılar nümayiş xarakterli məşqlər keçirərək bacarıqlarını sərgiləyiblər. Daha sonra onlar azarkeşlərlə ünsiyyət qurub, sualları cavablandırıblar və xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Turnir çərçivəsində dünyanın tanınmış MMA döyüşçüləri Bakıda oktaqona çıxacaqlar.







Offside