24 iyun 2026. Çərşənbə

Altı şəhərdə yeni "Sağlam məhəllə" istifadəyə verilib


  • Offside
  • 21:43 24.06.2026
  • Oxunma sayı: 45
Altı şəhərdə yeni "Sağlam məhəllə" istifadəyə verilib

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.

Bu barədə 90deqiqe.Az-a Gənclər və İdman Nazirliyindən bildirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.

Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.

Xatırladaq ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 "Sağlam məhəllə" layihəsi icra edilib.







Offside